18.10.2024, 19:27
AZ EN
08.07.2023, 15:49 217

Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri müəyyənləşdirilmiş prioritetlərin uğurla reallaşacağına əsas verir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün 5 prioritet istiqamət təyin edilib və bu istiqamətdə həyata keçiriləcək layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur. Bu prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır.

Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Tərlan Əliyev deyib.

O qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının təsdiq olunması dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edir. 44 günlük müharibədə əldə edilmiş Zəfər nəticəsində azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması imkanları qarşıdakı illərdə müəyyənləşdirilmiş prioritetlərin və hədəflərin uğurla reallaşdırılacağına əsas verir.

Hazırda Şərqi Zəngəzur dəhlizinin bərpası sahəsində görülən işlər Azərbaycanı, ilk növbədə, Naxçıvan Muxtar Respublikası, eyni zamanda, qardaş Türkiyə ilə quru sərhədini təmin etməklə, Azərbaycanın transrabitə şəbəkəsinin yaradılmasına və Avropa ölkələrinə neft və qaz ixracında mühüm amilə çevirəcək: “Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Bu da ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir”.

Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz əksini tapdığını deyən T.Əliyev, həmçinin nəzərə çatdırıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib.(AZƏRTAC)

Oxşar xəbərlər