Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, eyni faktları təkrar-təkrar vermək tamaşaçıları yoracaq:
“Qərbi Azərbaycanla əlaqəli əlimizdə kifayət qədər fakt və sübutlar var. İcma bunu etmək gücündədir. 400-dən artıq mütəxəssisimiz var. Qərbi Azərbaycanla bağlı olan şəxslərin hamısı orada təmsil olunur. Təklif edərdim ki, televiziyalar fərqli verilişlər yaratsın və efirə də müxtəlif insanları dəvət etsinlər”. (Report)