17.12.2024, 22:56
AZ EN
07.12.2024, 10:49 142

Milli Məclisin sədri: AŞPA və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır

XƏBƏRLƏR
  • Bu gün təəssüf ki, bir sıra ölkələrdə parlamentlər ikili standartlar alətinə çevrilirlər.

Bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, sabah konfrans iştirakçıları Azərbaycanın Qarabağ bölgəsini – Füzuli, Xocalı, Xankəndi, Şuşanı ziyarət edəcəklər: “Siz Ermənistan tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərin canlı şahidi olacaqsınız. Lakin eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng bərpa və quruculuq işləri ilə tanış olacaqsınız”.

Sahibə Qavarova Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasının yolunun açıldığını vurğulayıb: “Bütün bunlarla bərabər, Avropa Şurası Parlament Assambleyası və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır. Bunun səbəbi isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlarına uyğun siyasət yürütməsidir. Bu tipli kampaniyalar COP29 zamanı da özünü aşkar şəkildə biruzə verdi. Öz dar siyasi maraqlarını güdən qüvvələr ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər”. (APA)

Oxşar xəbərlər