03.08.2025, 01:09
AZ EN
07.12.2023, 11:50 389

Fərid Şəfiyev: "Azərbaycan-ABŞ münasibətlərinin normallaşması yaxşı haldır"

XƏBƏRLƏR
  • Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-ABŞ münasibətlərinin normallaşmış kimi göründüyünü və bunun çox yaxşı hal olduğunu vurğulayıb.

Bu barədə o, "X" hesabında yazıb.

"Azərbaycan-ABŞ münasibətləri normallaşmış kimi görünür, bu, çox yaxşıdır, çünki bu münasibətlər son 30 ildə bir çox mühüm sahədə qurulub. Əks təqdirdə ABŞ Konqresində başqa bir çağırışla üzləşə bilər", - F.Şəfiyev qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn “X” hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ilk konstruktiv danışığın baş tutduğunu yazıb. O, regionda davamlı, ləyaqətli sülhün bərqərar olmasının tarixi imkanlar açacağını vurğulayıb.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR