Bunu gürcü politoloq Tengiz Txilava söyləyib.
O qeyd edib ki, ermənilər tərəfindən atəşkəs razılaşmasının pozulması birinci dəfə deyil və çox təəssüf, heç sonuncu da olmayacaq. Bu, bir-iki dəfə baş versəydi, onun yerli təşəbbüs olduğunu düşünmək olardı. Amma atəşkəsin pozulmasının sistemli xarakter alması bunun dövlət siyasəti olduğunu sübut edir.
T.Texilava deyib ki, Ermənistan hakimiyyətinin hərəkətləri çox vaxt məntiqə zidd olur - bir tərəfdən hər cür sənədləri imzalayır, Azərbaycanın təklif etdiyi layihələr çərçivəsində əməkdaşlığa hazır olduğunu bəyan edir, digər tərəfdən isə, sözün əsl mənasında, başqasının ərazisindən əl çəkmir.
“Ancaq səbrin sonu gəlib. Azərbaycanın səbri, xatırladığımız kimi, bu yaxınlarda sona çatdı, özü də bu, Ermənistan üçün olduqca dramatik şəkildə başa çatdı. Ermənistan eyni ruhda davam etsə, sonunun necə olacağını unutmamalıdır. Azərbaycan Prezidenti bu barədə dəfələrlə xəbərdarlıq edib. Ermənistan ciddi nəticə çıxarmalıdır”, - deyən politoloq ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi nəhayət tarixdən dərs çıxaracaq və təxribatların qarşısını almaq üçün kifayət qədər tutarlı addımlar atacaq. (AZƏRTAC)