22.11.2024, 12:07
AZ EN
06.04.2024, 17:16 185

Azər Qarayev: Ermənistan-ABŞ-Aİ görüşünün məqsədi regionumuzu geosiyasi qarşıdurmaya çəkməkdir

XƏBƏRLƏR
  • Ermənistan-ABŞ-Aİ formatında Brüsseldə keçirilən görüş heç bir halda Cənubi Qafqazda sülh prosesinin təşviqinə yönəlməyib. Bu görüşün məqsədi regionumuzu geosiyasi qarşıdurmaya çəkməkdir.

Bunu politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə pozucu müdaxiləsi heç də yaxşı nəticələr verməyəcək.

"Xüsusilə o da vurğulanmalıdır ki, Ermənistana verilən dəstək mesajları revanşist, pozucu meyillərə yönələn Ermənistanı daha da cəsarətləndirə bilər. Biz bunu daha öncə də gördük, Fransanın Ermənistanı silahlandırması bu nəticəni vermişdi”, - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, görüşdən öncə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ-ın dövlət katibi Blinken Prezident İlham Əliyevə zənglər edərək mövqelərini izah etməyə çalışdılar.

“Əlbətdəki, bu ilk növbədə Prezident İlham Əliyevin beynəlxalq səviyyədə qazandığı nüfuzunun göstəricisi idi. Digər tərəfdən isə Prezident İlham Əliyev bu dəfə də Azərbaycanın mövqeyini qəti şəkildə sərgilədi. Bu görüşün regiondakı sülhə müsbət töhfə verməyəcəyini tərəflərin diqqətinə çatdırdı”, - deyə politoloq qeyd edib.

A.Qarayev onu da bildirib ki, regionda olduqca çoxşaxəli proseslər baş verir.

“Beləki sözügedən görüşlə bağlı həm Rusiya, həm də Türkiyə açıq mövqeyini bildirdi. Yəni bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir.

Region ölkələr arasında susan yeganə ölkə İran oldu. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox "qırmızı xəttdən" danışan məhz İran idi. İranın bu mərhələdə susması isə qətiyyən anlaşılan deyildi, digər tərəfdən isə hazırda da social şəbəkələrdə İrandan Ermənistana hərbi yardımların daşınması ilə bağlı məlumatlar yayılır. Görünür İran susmaqla kifayətlənməyib, eyni zamanda, Ermənistanı dəstəkləməkdə davam da edir”, - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da qeyd edib ki, bu gün Qərbin Azərbaycana, eyni zamanda regiona münasibətdə tutduğu mövqe elə Qərbin özündə də tənqid edilir, birmənalı qarşılanmır.

“Çünki burda əsas məsələlərdən biri Ermənistanın kütləvi şəkildə silahlandırılmasıdır. Biz indiyədək Fransanın Ermənistanı silahlandırmasını görürdük. İndi bəlli olur ki, Ermənistanın ordusu yenidən qurulur və silahlarla təchiz ediləcək. Bununla bağlı Aİ tərəfindən 270 milyon avro, ABŞ tərəfindən isə 65 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur ki, bu vəsait də 4 il ərzində veriləcək. Bu vəsait Azərbaycanla sərhəddə müdafiə xəttinin möhkəmləndirilməsi, müdafiə istehkamlarının qurulması və hərbi infrastrukturun inkişafına yönləndiriləcək. Digər tərəfdən Avropa ölkələrindən və Qərbdən fərqli adlarla Ermənistana gətiriləcəyi gözlənilir. Bu pullar da hərbiyə yönələcək. Əgər Ermənistan silahlanırsa, bu Azərbaycanın təhlükəsizliyini təhdid edir”, - deyə A.Qarayev bildirib. (Trend)

Oxşar xəbərlər