19.12.2024, 13:06
AZ EN
19.12.2024, 09:23 110

Zaxarova: "Ermənilər elə cəfəngiyyatlar yayırlar ki...”

XƏBƏRLƏR
  • “Ermənistanın hökumətyönlü teleqram kanallarını oxumaq xəstəliyə səbəb ola bilər”.

"Vətən səsi" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin sualına cavab olaraq belə deyib. O, erməni jurnalistin Ermənistanın teleqram kanallarında yayılan məlumastlara istinad edərək Azərbaycanın guya, üçüncü ölkə vasitəsilə Hindistandan silah alınması ilə bağlı təklif göndərdiyi barədə suala hirslənərə cavab verib: “Ermənistanda hökumətyönlü teleqram kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır. Bəzən elə cəfəngiyyatlar yayırlar ki...”.

Zaxarova əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir.

Elxan SALAHOV

Oxşar xəbərlər