Bu sözləri mətbuata açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış yazar Kenan Çarboğa deyib.
O, bildirib ki, Azərbaycana qarşı olunan terror aktlarını şiddətlə qınayıram. İran qərəzli, düşmən mövqeyini hər zaman biruzə verib. Güney Azərbaycanda türklərə, xüsusən də Azərbaycan türklərinə qarşı təcavüzkar münasibət dövlət və hökumət səviyyəsində aparılır: "Biz öz tarixi həqiqətlərimizi gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizin təbliği ilə şanlı Türk tariximizi, tarixi həqiqətlərimizi qorumaq, dünya ictimaiyyətinə çatdırmaq üçün bir olmalıyıq. Türk birliyi olaraq adımıza, tariximizə, varlığımıza, dəyərlərimizə sahib çıxmalıyıq. Çıxmalıyıq ki, düşməni susdura bilək! Türkü sevməyənlər hər zaman qorxu içindədirlər. Onların terrora meyl etmələrinin səbəbi də budur. Türk birliyindən qorxurlar!".
Qeyd edək ki, Kenan Çarboğa Türkiyə və türk ölkələrində Türk ədəbiyyatı, Türk birliyi, Dədə Qorqud və ədəbiyyatla bağlı böyük konfransların təşkilatçısıdır.
Mədəniyyət, incəsənət, təhsil və ədəbiyyat sahələrindəki səmərəli fəaliyyətinə görə bütün türk ölkələrindən müxtəlif mükafatlara layiq görülüb. Eyni zamanda Azərbaycanın nəhənglərinin ədəbiyyat nümunələrini türk dilinə tərcümə edərək, təbliğatını aparır.
Tahirə AĞAMİRZƏ