Bunu Ağdamda səfərdə olan Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən deyib.
Onun sözlərinə görə, hər kəs bura qayıtmaq, öz vətəninə dönmək istəyir: “Onların ailələri burda yaşayıb, bu insanlar öz köklərinə geri dönmək istəyir”.
Britaniyalı parlamentari qeyd edib ki, mina məsələsi bu ərazilərdə ciddi problemdir və minaların təmizlənməsi ilə bağlı böyük işlər görülür: “Bundan başqa, yeni yolların, dəmir yolu xətlərinin çəkilməsi istiqamətində fantastik işlər görülür. Ətrafa baxırıq, hər tərəf bu illər ərzində, 30 il müddətində dağıdılıb, hər yerdə dağıntıların izləri var. Baxmayaraq ki, burda hərbi əməliyyatlar baş verib, ancaq demək olar ki, hər bir ev ayrı-ayrılıqda dağıdılıb, sökülüb, onların materialları götürülüb. Siz bu ərazilərin daha əvvəlki fotolarında mühiti, binaları görə bilərsiniz, insanlar burada yaşamağı sevirdi. Və mən əhalinin yenidən geri dönmək istəyinə təəccüblənmirəm”.
Bob Bləkmən əlavə edib ki, burada yaşayışın tam təmin olunması, kənd təsərrüfatının qurulması müəyyən zaman alacaq: “Eyni zamanda, azad olunmuş ərazilərdə indiyə qədər əldə olunan nailiyyətlər fantastikdir, məktəblərin tikintisi, yolların çəkilməsi və s”.
Britaniyalı deputat mədəni-dini obyektlərin də tamamilə dağıdıldığını vurğulayıb. (APA)