Bunu Qubada keçirilən “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusundakı konfransda çıxışı zamanı Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli bildirib.
Əziz Ələkbərov qeyd edib ki, artıq iki sənədimiz BMT-nin rəsmi sənədi kimi dünyanın 190 dövləti arasında və BMT-nin beş rəsmi dilində yayılıb. Bu, tarixdə ilk idi. Azərbaycan tarixində son 200 ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş cinayətlər beynəlxalq müstəvidə etiraf olunaraq, qəbul edildi.
“Bizim əlimizdə ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər faktlar, rəsmi sənədlər var. SSRİ Prokurorluğunun İstintaq Komissiyasının möhürlü, imzalı sənədləri var. Ermənistan Prokurorluğunun, Ermənistan Ali Məhkəməsinin, Ermənistanın ayrı-ayrı rayonlarının prokurorluqlarının, məhkəmə orqanlarının, daxili işlər orqanlarının sənədləri var. Biz bu sənədləri Qərbi Azərbaycan icmasında toplamışıq. Biz bu sənədləri istintaq komissiyasına təqdim edəcəyik", - deyə Əziz Ələkbərli söyləyib. (AZƏRTAC)