09.06.2025, 16:39
AZ EN
01.10.2024, 09:49 422

Ermənistan razılaşdı: Konstitusiya Məhkəməsi qərarın tam mətnini yaydı

XƏBƏRLƏR
  • Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti uzun müddətdir müzakirə mövzusu olan konstitusiyaya dəyişikliklərlə bağlı ciddi hazırlıq işlərinə başlayıb. Belə ki, dünən Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı imzalanmış əsasnamənin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləyib.

"Vətən səsi"nin məlumatına görə, Konstitusiya Məhkəməsi dünən axşama yaxın qərarın tam mətnini yayıb. "Sputnik Amenia"" agentliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan Konstitusiya Məhkəməsi faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadı etibarsız sayıb. Qeyd olunur ki, keçmiş SSRİ-nin dağılmasından dərhal sonra qəbul edilmiş həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddialarına dair müəddəa var və bu, rəsmi Bakının arazılığına səbəb olub. Buna görə də Azərbaycan hökuməti 44 günlük müharibədən sonra aparılan sülh danışıqlarında Ermənistandan Konstitusiyanın dəyişdirilməsini və Müstəqillik Bəyannaməsinə istinadın oradan çıxarılmasını əsas şərlərdən biri kimi qoyub.

"Bəyannamədə Qarabağın Ermənistanın birləşməsinə çağırış edilir", - deyə agentlik əlavə edir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bu mövzuya da qısaca münasibət bildirib. O. qeyd edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər