Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.
Bizim işimizin haqq işi olduğunu söyləyən dövlətimizin başçısı bildirib: “Mən işğal dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik”.