23.12.2024, 02:09
AZ EN
22.04.2024, 10:49 220

Ermənistandan Gürcüstana yol Azərbaycandan keçəcək

XƏBƏRLƏR
  • Qazaxın işğal altındakı 4 kəndi azad edildikdən sonra Ermənistan-Gürcüstan yolunun bir hissəsi Azərbaycana ərazisindən keçəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Erməni mediası Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edib. Bildirilir ki, şərti sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcək. Hətta bununla bağlı konkret tarix də göstərilir: mayın 20-si.

“Mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik”, - deyə erməni şərhçi bildirib.

Erməni mətbuatı yazır ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın mayın 20-dək tamamlanacağı gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər