20.09.2024, 10:23
AZ EN
31.01.2024, 10:53 254

Azad olunan ərazilərdə yeni gömrük məntəqələri qurulur

XƏBƏRLƏR
  • İşğaldan azad olunan ərazilərdə yeni gömrük məntəqələri qurulur.

Onlardan biri Ağbənd gömrük keçid məntəqəsidir. Həmçinin Azərbaycan-İran, Azərbaycan-Rusiya sərhədində və digər məntəqələrdə yenilənmə işləri aparılır.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Televiziyasına ekskulizv açıqlamasında bu barədə danışıb: "İşğaldan azad olmuş ərazilərdə bilirsiniz ki, işlər aparırıq və orda bizim keçid məntəqələrimiz var. Yaxın dövr ərzində biz Ağbənd keçid məntəqəsində mükəmməl infrastruktur yaradacağıq və onu istifadəyə təqdim edəcəyik.  Bununla yanaşı, digər keçid məntəqələrin də imkanlarının yaxşılaşdırılması üzrə işlər həyata keçirilir.

Azərbaycan-İran sərhədində, Azərbaycan-Rusiya sərhədində yeni məntəqələr istifadəyə verilib və digərləri üzərində də işlər aparılacaq".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər