Bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, danışıqları çox uzatmaq lazım deyil: “Çünki məhz bu beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə də müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Biz bu təklifi irəli sürməklə bir daha xoş niyyətimizi, uzaqgörənlik göstəririk”.