Bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə çıxışı zamanı deyib.
“Prezident Heydər Əliyevin sülhlə bağlı arzusu var idi, o sabit, rifahın olduğu region görmək istəyirdi. Heydər Əliyevin arzusu idi ki, Azərbaycan beynəlxalq arenada tanınsın, fəal bir üzvə çevrilsin. Əminəm ki, Heydər Əliyev bu gün Azərbaycanın hansı mövqedə olduğunu görsə idi çox xoşbəxt olardı”, - deyə o əlavə edib. (Trend)