19.10.2024, 23:52
AZ EN
26.02.2023, 10:59 155

XİN:Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək

XƏBƏRLƏR
  • Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür..

Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq!

Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik", - deyə A.Hacızadə bildirib.

Oxşar xəbərlər