09.06.2025, 03:15
AZ EN
03.03.2023, 14:38 240

“Antara” agentliyinin əməkdaşı: “Digər ölkələr Azərbaycana mina təmizləmə işində kömək edərlərsə, çox yaxşı olar”

XƏBƏRLƏR
  • Bizə dedilər ki, Ağdam işğaldan əvvəl gözəl şəhər olub. Amma indi görürük ki, burada evlər və binalar dağıdılıb. Əminəm ki, Azərbaycan xalqı əvvəllər olduğu kimi buranı yenidən quracaq və həyat qaynayacaq.

Bunu Ağdama səfər edən İndoneziyanın “Antara” xəbər agentliyinin əməkdaşı Kurmala Azis deyib.

“Məlumat verildi ki, burada ərazilər minalarla çirkləndirilib. Ona görə də yaşamaq çətindir. Əlbəttə ki, torpaqlar minalardan təmizlənməlidir. Düşünürəm ki, digər ölkələr Azərbaycana mina təmizləmə işində kömək edərlərsə, çox yaxşı olar”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər