Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, daha əvvəl baş verən təbiət hadisələrində də belə olmuşdu: “Türkiyədə son illər baş verən təbii fəlakətlərdə olduğu kimi yenə də ilk dəstəyi Azərbaycan göstərdi. Bu, bir millət, iki dövlət olduğumuzun göstəricisidir”. (APA)