22.11.2024, 15:49
AZ EN
08.02.2023, 09:40 351

Rusiya XİN: BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası heç də real deyil

XƏBƏRLƏR
  • BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası heç də real deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar üzrə departamentinin direktoru Pyotr İliçev deyib.

Onun sözlərinə görə, regionda sülh və təhlükəsizliyi bərpa etmək vəzifəsini Rusiya sülhməramlıları effektiv şəkildə həyata keçirir.

O qeyd edib ki, beynəlxalq təşkilatlar içərisində yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda fəaliyyət göstərir: “BMT-nin humanitar agentlikləri isə ora keçmək icazəsini nə azərbaycanlılardan, nə də ermənilərdən ala biliblər. Hətta ilkin qiymətləndirmə aparmaq üçün də icazə ala bilməyiblər”.

İliçevin sözlərinə görə, çətinliklər siyasi səbəblərdən meydana çıxır: “Tərəflərə qarşı bərabər münasibət göstərilməməsi üzündən regiona gedib-gəlməkdə bəzi çətinliklər çıxır. Bu səbəbdən də hətta humanitar missiyanın göndərilməsinin çətin olduğu dövrdə regiona BMT-nin sülhməramlılarının göndərilməsi heç də real deyil”. (APA)

Oxşar xəbərlər