19.10.2024, 21:26
AZ EN
20.12.2023, 10:27 317

İcmadan Ermənistan XİN-ə cavab: "Erməni mədəni irsinin dağıdılmasından danışmaq riyakarlıqdır"

XƏBƏRLƏR
  • Ermənistanda Azərbaycan xalqının mədəni irsi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qələmə verən İrəvanın Azərbaycanın suveren əraziləri olan Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır.

Bu barədə Qərbi Azərbaycan İcmasının Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) cavab bəyanatında deyilir.

"Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir", - bəyanatda bildirilir.

Qeyd edək ki, "Ermənistan XİN sözçüsü Ani Badalyan 2023-cü il 19 dekabr tarixində jurnalistlərə açıqlamasında Azərbaycanın Qarabağ regionunda guya ermənilərə aid abidələrin, simvolların dağıdıldığını deyib. (Report)

Oxşar xəbərlər