25.06.2025, 16:05
AZ EN
07.02.2023, 13:27 409

BMTİP: "Minalar məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına maneə olur"

XƏBƏRLƏR
  • “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilir”.

Bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

O bildirib ki, minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına maneə olur, evlərinə və kənd təsərrüfatı sahələrinə çıxışına çətinlik yaradır, beləliklə də onları öz həyatlarını bərpa etmək imkanlarından məhrum edir: "Məhz buna görə humanitar minatəmizləmə BMTİP-nin Azərbaycandakı inkişaf səylərinin çox mühüm və vacib hissəsidir və hökumətlə paylaşdığımız və üzərində çalışdığımız əsas prioritetlərdən biridir.

Seçilmiş etibarlı tərəfdaş kimi, insan mərkəzli yanaşması və təcrübəsi ilə BMTİP 25 ildən artıqdır ki, Azərbaycan da daxil olmaqla 40-dan çox ölkədə minalarla mübarizə təşəbbüslərini dəstəkləyir". (Report)

Oxşar xəbərlər