01.08.2025, 16:01
AZ EN
16.06.2023, 12:05 297

XİN sözçüsü: Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır

XƏBƏRLƏR
  • Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında bildirib.

"Dünən Laçın Sərhəd Məntəqəsində - Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazimizdə qaldırılarkən Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açılıb.
Bu körpü yaxın zamanda Azərbaycan tərəfindən tikilib və bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”, - XİN sözçüsü qeyd edib. (APA)

Oxşar xəbərlər