23.12.2024, 02:16
AZ EN
27.01.2023, 16:19 228

Zaxarova: Rusiya Laçın yolundakı vəziyyətlə bağlı bütün maraqlı tərəflərlə daimi təmasdadır

XƏBƏRLƏR
  • Rusiya Müdafiə Nazirliyi, sülhməramlı kontingentinin komandanlığı və XİN Laçın yolundakı vəziyyətlə bağlı bütün maraqlı tərəflərlə daimi təmasdadır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Vəziyyətin normallaşması istiqamətində enerjili səylər davam etdirilir. De-eskalasiyaya çağırışlarla məhdudlaşan xarici oyunçuların əksəriyyətindən fərqli olaraq Rusiya tərəfi yerdə real olaraq düyünün açılması yollarını axtarır, humanitar yardım edir. Bakı və İrəvana mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq”, - Zaxarova vurğulayıb. (APA)

Oxşar xəbərlər