09.02.2023, 13:15
AZ EN
24.01.2023, 11:00 257

Əziz Ələkbərli: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşmaq üzrədir

XƏBƏRLƏR
  • "Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşmaq üzrədir. İdarə Heyəti ilə yanaşı digər orqanlar sənədin hazırlığında fəal iştirak edirlər".

Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, prosesdə geniş ictimaiyyətdən, xüsusilə beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərdən xeyli sayda dəyərli təkliflər daxil olub:

"Daxil olmuş təkliflər təhlil edilib, əsas mövzular üzrə sistemləşdirilib və sənədin layihəsi hazırlanıb. Sənəd layihəsi repatriasiya sahəsində beynəlxalq aləmdə qəbul olunan mütərəqqi yanaşma və prinsiplərə əsaslanır və qayıdış prosesinin hüquqi, praktiki, təhlükəsizlik, sosial-iqtisadi və digər aspektlərinə dair İcmanın konseptual mövqeyini əks etdirir.

Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanmaqla, ədalətin və sülhün bərqərar olunmasına xidmət edəcək. İcmanın əsas orqanlarında müzakirələr başa çatdıqdan sonra, İdarə Heyəti sənəd layihəsini tamamlayaraq, prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edəcək".

Oxşar xəbərlər