08.09.2025, 22:43
AZ EN
08.09.2025, 17:00 15

Nazir müavini: Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə iqtisadi faydalar gətirəcək

XƏBƏRLƏR
  • Azərbaycan Peru səfirliyinin Bakıda fəaliyyətinin bərpa olunmasında maraqlıdır. Bu isə təkcə ikitərəfli əlaqələri gücləndirməyəcək, həm də əməkdaşlıq üçün imkanları genişləndirəcək.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Perunu nüfuzlu qəzeti "La Razon"a verdiyi müsahibəsində bildirib.

"Peru 2017-ci ildə Bakıda səfirlik açıb, lakin o, cəmi iki il fəaliyyət göstərdi. Diplomatik missiyanın fəaliyyətinin bərpası ikitərəfli əlaqələri əhəmiyyətli dərəcədə gücləndirə və əməkdaşlıq üçün imkanlarımızı genişləndirə bilərdi", - o vurğulayıb.

Azərbaycan təhsil diplomatiyasını fəal şəkildə inkişaf etdirir və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrə 100 təqaüd təklif edir. E.Məmmədovun sözlərinə görə, Bakı Azərbaycan universitetlərində daha çox Peru gənclərini görməkdən məmnun olardı: "Bu, ölkələr arasında uzunmüddətli əlaqələrin formalaşmasına töhfə verərdi".

Nazir müavininin sözlərinə görə, coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Peru müxtəlif sahələrdə əməkdaşlıq üçün təsirli potensiala malikdir. E.Məmmədov xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa diqqət çəkib və hər iki ölkənin müxtəlif illərdə BMT-nin iqlim konfranslarına (COP) sədrlik etdiyini xatırladıb.

Logistika və nəqliyyat daha bir perspektivli istiqamətdir. Çin "bir kəmər, bir yol" təşəbbüsünə inteqrasiya olunmuş Peru Çankay limanı və Xəzərdə ən böyük Bakı limanı qitələrarası ticarətin mühüm qovşaqlarına çevrilə bilər. Orta Dəhliz və Şimal-Cənub dəhlizi vasitəsilə Asiya və Avropa arasında əlaqələndirici həlqə rolunu oynayan Azərbaycan Peruya yeni bazarlara çıxış üçün unikal imkanlar təklif edir.

E.Məmmədov digər potensial əməkdaşlıq sahələri arasında nadir metalların hasilatı, energetika (bərpa olunan mənbələr daxil olmaqla), kənd təsərrüfatı və turizmi qeyd edib.

XİN başçısının müavini həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesində əhəmiyyətli irəliləyiş, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri və regionun minalardan təmizlənməsi üçün davam edən səylər barədə danışıb.

Onun sözlərinə görə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinə iqtisadi faydalar gətirəcək.

"Onilliklər ərzində Ermənistan işğalçılıq siyasətinə görə regiondakı strateji layihələrdən kənarda qalıb. Türkiyə ilə normallaşma və sərhədlərin açılması regional potensialı açacaq və Ermənistana da yeni imkanlar verəcək", - E.Məmmədov bildirib. (Report)

Oxşar xəbərlər