08.06.2025, 23:33
AZ EN
18.04.2025, 12:52 270

Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"

Oxşar xəbərlər