Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmaları ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" adlı konfransda deyib.
Onun sözlərinə görə, tarixi Qərbi Azərbaycan torpaqlarına qayıtmaq azərbaycanlıların beynəlxalq hüquqa əsaslanan təmənnasız hüququdur:
"Ermənistan tərəfi bu gün bu qayıdışa mane olmağa çalışır. Rəsmi İrəvan Qarabağ məsələsini gündəmdə saxlamaqla Qərbi Azərbaycana qayıdışı gündəmdən salmaq istəyir. İndi qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq. Ermənistan buna görə qorxur. Çünki bu gün texnologiyanın inkişafı ilə həmin həqiqətləri heç bir yolla gizlədə bilməyəcək". (Report)