22.12.2024, 23:39
AZ EN
17.01.2023, 18:58 320

Stokholmda yaşayan azərbaycanlı jurnalist Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olub

XƏBƏRLƏR
  • İsveçdə yaşayan Ərdəbildən olan jurnalist Stokholmdakı “Azərbaycan səsi” radiosunun rəhbəri, “Tribun” jurnalının baş redaktoru, “Azərbaycan Tribunu” saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binaları, mülki obyektlər, dini, mədəni və tarixi abidələr, o cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Dram Teatrı binasının qalıqları və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanı ziyarət olunub. (AZƏRTAC)

Oxşar xəbərlər