09.06.2025, 03:17
AZ EN
11.01.2023, 17:05 383

Ərdoğan azərbaycanlı hərbçilərin Türkiyədə müalicəsindən danışdı

XƏBƏRLƏR
  • Türkiyə Azərbaycan, Suriya və Liviyadan olan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndərir.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə bu addımları atmağa davam edəcək.

"Türkiyə Qafqazda illərdir davam edən böhranın nəticəsi olaraq yaranan qeyri-stabilliyin aradan qaldırılmasını balanslaşdırılmış siyasəti ilə önəmli ölçüdə təmin edib. Azərbaycan, Suriya və Liviyadan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndəririk. Biz bu addımları atmağa davam edəcəyik", - deyə R.T. Ərdoğan əlavə edib. (Trend)

Oxşar xəbərlər