22.11.2024, 21:17
AZ EN
27.12.2022, 11:35 327

Deputat: Xankəndi üzərində nəzarəti təmin etməliyik

XƏBƏRLƏR
  • “Biz Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsindəyik. Uzun illərdir bu bayram bizim Cənubda yaşayan soydaşlarımıza aid edilmirdi. Amma Prezidentimizin onların hüquqları ilə bağlı çıxışı da dünya azərbaycanlıları arasında ümid yaradır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, hələ bizim qarşımızda böyük vəzifələr var: “Qarabağla bizə böyük zərbələr vurmaq istədilər. Amma Böyük Azərbaycanın qurtuluşu Qarabağdan başlayır. Ölkə içərisində bizim böyük vəzifələrimiz var. Son 200 ildə ilk dəfədir ki, biz torpaq qaytarmışıq. Əziz qardaşlarım, əziz müxalifətçilər, eybi yoxdur, məni söyün. Biz Xankəndi üzərində nəzarəti təmin etməliyik. Bu gün hamını mütləq əksəriyyət tərəfindən bütün azərbaycanlıların lideri kimi qəbul edilən İlham Əliyevin ətrafında birləşməyə çağırıram”.

Deputat Tural Gəncəliyev deyib ki, sabah Xankəndi şəhərinin və Kərkicahanın işğalı ildönümüdür: “Biz əlbəttə, ərazi bütövlüyümüzü bərpa etdik. Amma bu tarixləri unutmamalıyıq. Azərbaycanlıların son dayaq nöqtəsi olan Kərkicahanda ermənilər azərbaycanlılara qarşı qırğın törədib. Kərkicahan ermənilərin Şuşaya tərəf gələrək Şuşanı işğal etməsi planını gecikdirdi. Ümumilikdə Xankəndidən 100-dən çox insan I Qarabağ müharibəsində şəhid olub, Kərkicahandan 34 nəfər şəhid var”. (APA)

Oxşar xəbərlər