Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.
Qeydiyyata alınanlardan 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir.
E. Səmədov bildirib ki, ötən il Xocalıda aşkarlanan 15 meyit qalığından 10-u ailələrə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir: "Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb sənədləşdirilir". (APA)