Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb: “Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Xankəndi başda olmaqla, azad edilmiş ərazilərdə qurulmuş digər məntəqələrdən çəkilişlər aparılmalıdır”. (APA)