23.12.2024, 14:38
AZ EN
28.12.2023, 16:07 312

XİN başçısı: Hindistanla Ermənistan arasındakı silah satışı ilə bağlı proses daimi izlənilir

XƏBƏRLƏR
  • Hindistanla Ermənistan arasındakı silah satışı ilə bağlı müqavilələrdən xəbərdarıq, bu proses daim izlənilir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Hindistan Ermənistana silah satışını Pakistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinə, eyni zamanda, həyata keçirilən layihələrlə ilə əlaqələndirməyib. Mövqe ondan ibarətdir ki, bu, sizə qarşı yönəlmiş yanaşma deyil, bu kommersiyadır, hərbi sənayenin inkişafı üçün qoyulan hədəfin tələbidir. Bu, rəsmi mövqedir. Burada uzunmüddətli işğal faktoru və hərbi münaqişə var. Bölgədə sülhün əldə edilməsi üçün kövrək və tarixi şansın yarandığı vaxt belə bir addımın atılması prosesə ziyan verir, erməni tərəfində revanş kütləsini daha da ruhlandırır. Məsələn, bu yaxınlarda Ermənistan parlamentində müxalifətdən olan qrup qanunvericilik təşəbbüsü ilə çıxış etdilər ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması kriminallaşdırılsın. Yəni Ermənistanda kim bu faktı tanıyarsa, cinayət məsuliyyətinə cəlb edilsin. Təşəbbüsə dəstək verənlərin olmasını görməzdən gəlmək olmaz”, - nazir qeyd edib. (APA)

Oxşar xəbərlər