12.03.2025, 08:00
AZ EN
11.03.2025, 12:41 219

Deputat: Ermənistan maddi, mənəvi irsin qorunması ilə bağlı konvensiyaların pozulmasına görə məsuliyyət daşıyır

XƏBƏRLƏR
  • Bir yerin, məkanın bir xalqa məxsusluğunu sübut etmək üçün bir neçə arqument var. Bunlardan biri həmin əhalinin o torpağa bağlılığını sübut edən maddi, mənəvi, folklor, ədəbiyyatla bağlı arqumentlərdir.

Bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev bu gün “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, torpaqlarımız işğal altında olan zaman Qarabağın, Şuşanın tarixi ilə bağlı bir tədbir keçirilib. Tədbirdə Azərbaycan və Ermənistan tərəfinin alimlərinin arqumentlərinin mübahisəsi aparılıb:

“Orada tanınmış alman alimi bildirdi ki, XIX əsrin sonunda Şuşa və onun ətrafında 95 azərbaycanlı şair və yazıçı, 22 müğənni, 38 musiqişünas, 11 xəttat yaşayırdı. Bununla da həmin diskussiyaya son qoyuldu”.

Deputat vurğulayıb ki, iknci mühüm arqument qeyri-maddi, mədəni irslə bağlıdır.

“Bu gün aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Göyçə, Gədəbəy, Şirvan, Qarabağ aşıq sənəti var.

Maddi mənəvi irsin qorunması ilə bağlı konvensiyaların pozulmasına görə Ermənistan dövlət məsuliyyəti daşıyır.

Digər vacib məsələ tarixi abidələrin, məzarlıqların məhv edilməsi ilə bağlıdır. Bu abidələrin dağıdılması beynəlxalq humanitar hüququn pozulmasıdır və hüquqi məsuliyyət yaradır”, - deyə R.Nəbiyev qeyd edib. (Trend)

Oxşar xəbərlər