22.11.2024, 10:44
AZ EN
05.03.2024, 14:31 289

Ermənistan Fransa və İranın köməyi ilə hücuma hazırlaşır

XƏBƏRLƏR
  • Fransa və İran Zəngəzurda yeni müharibə hazırlayır. Azərbaycana qarşı bu çirkin niyyətin həyata keçirilməsi məqsədlə aralarında PKK terrorçularının da olduğu terrorçu qruplar bölgəyə cəlb edilir.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb. Qəzet qeyd edir ki, türk dünyasını siyasi və iqtisadi sferada bağlayacaq Zəngəzur dəhlizi xarici güclər tərəfindən hədəf seçilib: “Fransanın maliyyələşdirdiyi minlərlə erməni quldur sərhədə gətirilib. İran və Hindistan da bölgəyə silah göndərir”.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qəzetə çıqlamasında bildirib ki, aralarında PKK terrorçularının da yer aldığı 10 minlik qruplaşma Zəngilandan Daşkəsənə qədər sərhəd boyu ərazilərdə yerləşdirilib. Hətta Sasna Tsrer, Voma, Nor ASALA, Bever və Yerkrapa kimi dəstələrə gündəlik 12 dollar olmaqla ödəniş də verilir. Onun sözlərinə görə, muzdlu döyüşçülərə ödənilən pul vəsaitləri Fransa və erməni diasporu tərəfindən təmin edilir.

Qəzet təhlükəsizlik mənbələrinə istinad yazır ki, Azərbaycanla sərhəddə yerləşdirilən erməni terrorçu dəstələri Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dan gələnlərdən ibarətdir: “Fransa və İran mütəxəssisləri sərhəddəki terrorçu dəstələrə sabotaj və təxribatların təşkili, raketdən istifadə, ərazilərin minalanması və kəşfiyyat aparmaq üzrə təlimlər keçir”.

Ermənistanın Zəngəzur zonasında hücum planının sensasiyalı detallarının açıqlanması fonunda İrəvan hökuməti şərti dövlət sərhədində hərbi vəziyyətin qənaətbəxş olduğunu bəyan edib. Ermənistan Ordusunun Baş Qərargah rəisi general-mayor Edvard Asryan bildirib ki, bölgətə vəziyyət sabitdir və dövlətyanı ərazilərdə Azərbaycan ordusunun heç bir cəmləşməsi müşahidə olunmur.

Edvard Asryan bu açıqlaması ilə dünya ictimaiyyətinə Azərbaycanın müharibəyə hazırlaşdığı barədə Ermənistan rəsmilərinin səsləndirdiyi əsassız iddiaların tamamilə yalan olduğunu üzə çıxarıb. Həm də bu iddiaları Ermənistanın Baş Qərargah rəisi şəxsən təkzib edib. Lakin Türkiyə mətbuatının yaydığı məlumatlar əslində kimin ciddi-ciddi müharibə hazırlığına başladığını deməyə əsas verir. Görünür, uzun müddətdir Ermənistanı silahlandıran Fransanın timsalında  Qərbin bəzi ermənipərəst dairələrinin Cənubi Qafqazı yenidən qan çanağına döndərmək istiqamətində canfəşanlığı əbəs deyilmiş.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR