25.11.2024, 01:07
AZ EN
08.12.2022, 12:38 254

QMİ sədri: Erməni kilsəsinin revanşizm prosesində iştirakı təəssüf doğurur

XƏBƏRLƏR
  • 30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvada keçirilən Ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumunda çıxışında bildirib.

“Azərbaycan xalqı Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirərək beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsinin ikinci ildönümünü qeyd etdi. 30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb. Bu gün Azərbaycan dövləti azad Qarabağda dini-mənəvi abidələrimizi bərpa və yenidən qurur. Qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur”, - QMİ sədri vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə münaqişə dövründə Moskva və bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan üçtərəfli dialoq sayəsində qarşıdurmanın dini müstəviyə keçməsinin qarşısının alındığını qeyd edib: “Sülh yönündə bu xidmətlərinə görə müdrik qardaşım Patriarx Kirill həzrətlərinə Azərbaycan xalqı adından dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycanın haqq işinə dəstək verən bütün həmkarlarıma, xüsusilə, qardaşım, Rusiya müsəlmanlarının rəhbəri Ravil Qaynutdin həzrətlərinə dərin təşəkkürlərimi bildirmək istərdim”. (APA)

Oxşar xəbərlər