16.04.2025, 18:05
AZ EN
01.12.2022, 17:44 581

Mahir Abbaszadə: Böyük Qayıdışa hazırlıq gedir

XƏBƏRLƏR
  • Dağları, dərələri, meşələri əsrarəngiz, igidlər oylağı olan torpaqlarımıza geri dönmək hər birimizin başlıca arzumuz, amalımız idi. Uzaqgörən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz Qarabağ və Şərqi Zəngəzuru düşmən tapdağından azad etməklə bizə bu böyük sevinci yaşatdı.

Bu gün Laçının işğaldan azad olunmasının iki il tamam olur. Milli Məclisin deputatı Mahir Abbaszadə Laçınla bağlı fikirlərini bildirib: “Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. O tarixdir ki, məhz o tarixdən sonra biz rəşadətli xalq kimi  yaşamağa başlamışıq. Məhz dekabr ayının 1-də Laçının işğaldan azad olunması müjdəsini cənab Prezident xalqına verərkən bütün Azərbaycan xalqı kimi, laçınlıların da 30 illik həsrətinə son qoyuldu, ümidlərinə gün doğdu”.

Mahir Abbaszadə daha sonra qeyd edib ki, Laçının döyüşsüz azad edilməsi hər şeydən öncə Azərbaycanın siyasi-diplomatik gücünü ortaya qoydu. Bu uğur göstərdi ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, siyasi-diplomatik müstəvidə də diktə edən tərəfdir. Bütün region dövlətləri, eləcə də Ermənistan Azərbaycanın iradəsi ilə razılaşmağa, onun maraqlarını nəzərə almağa məcburdur.

Millət vəkili daha sonra vurğulayıb ki, Laçının döyüşsüz azad edilməsi Azərbaycana həm də hərbi itkilərdən qaçmağa imkan verdi. Əgər Laçın hərbi əməliyyatlar yolu ilə alınsaydı, heç şübhəsiz dağlıq relyefdə yerləşən və böyük ərazini əhatə edən doğma rayonumuzun azad edilməsi zamanı işğalçı Ermənistanla yanaşı, Azərbaycan tərəfi də itkilər verəcək, şəhidlərimizin sayı artacaqdı. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik siyasəti nəticəsində Laçının döyüşsüz azad edilməsi təmin olundu. 30 ilə yaxın erməni işğalı altında qalan Laçın torpağında da Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

“Bu qələbəyə şəhidlərimizin qanı, qazilərimizin canı bahasına  nail olduq”,- deyən millət vəkili Laçında həyata keçirilən quruculuq işlərindən də söhbət açıb və əlavə edib ki, bu gün Laçında böyük uğurlu infrastruktur layihələri, tikinti-bərpa, quruculuq işlərinin həyata keçirilməsi laçınlıların da tez bir zamanda doğma yurdlarına qayıdağcaqlarından xəbər verir. Dağılmış, bərbad olmuş iqtisadiyyatı yenidən qurmalıyıq və bu iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməliyik. Bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş insanları,  cənab Prezidentimizin də dediyi kimi, ağır psixoloji durumda yaşamış məcburi köçkünləri nəhayət ki, ata-baba yurdlarına qaytarmalıyıq. Buraya qayıdan insanların məşğulluq problemlərini, sosial-müdafiə tədbirlərini həyata keçirməliyik. Bütün bunlar isə həm də Azərbaycan dövlətinin özünün maliyyə vəsaiti hesabına başa gəlir. İndiyə qədər Azərbaycan dövləti tərəfindən bu əraziləri bərpa etmək, qurmaqla, Böyük Qayıdışı təmin etməklə bağlı dövlət büdcəsindən bu iki ildə 4, 2 milyard manat vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsini artıq ikinci oxunuşdan keçirmişik. Yenə orada bu ərazilərin bərpa-quruculuq proseslərinin həyata keçirilməsi üçün təxminən 3 milyard manat maliyyə vəsaiti ayrılıb. Bununla bərabər cənab Prezidentin sərəncamına əsasən 2022-2026-cı illər Böyük Qayıdışı təmin etmıək məqsədilə  işğaldan azad olunan ərazilərdə  Dövlət Proqramı qəbul edilibdi. Bu Dövlət Proqramına uyğun olaraq bu işlər artıq başlanıb.. Eyni zamanda  cənab Prezidentin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə ciddi vergi güzəştləri və vergi tətilləri artıq elan edilib. Digər bir tərəfdən Dövlər Sosial Müdafiə Fondu  xətti ilə bu ərazilərdə  fəaliyyət göstərəcək rezidentlərin Dovlət Sosial Fondu ödənişlərinin dövlət tərəfindən supsidiyası nəzərdə tutulub. Digər bir tərəfdən  isə eyni zamanda bu ərazilərdə gələcəkdə fəaliyyət göstərən insanların əməkhaqlarına üstünlük vəsaitlərinin verilməsi, birdəfəlik mükafatların verilməsi, bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarların və biznesin fəaliyyətini stimullaşdırmaq üçün  10 il müddətində əlavə dəyər vergisindən azad olunması, buraya daxil olacaq idxal məhsullarının, idxal rüsumlarından 10 il müddətinə azad olunması ilə bağlı  ciddi bir vergi paketi hazırlanmışdır. Artıq cənab Prezident tərəfindən  təsdiq edilib.. Yəni bütün bunlar Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurla bağlı baxışlarını özündə ifadə edir.

M.Abbaszadə daha sonra əlavə edib ki, hələ biz bir tərəfdən dövlət vəsaitləri ayırırıq, digər tərəfdən dövlət proqramları qəbul edirik. Vergi güzəştləri və vergi tətilləri elan edirik. Digər bir tərəfdən isə sosial müdafiə tədbirlərini həyata keçiririk. Bütün bu kompleks bizə ümid verir ki, tez bir zanmanda  məcburi köçkün düşmüş insanlar  öz ata-baba yurdlarına  daimi köçərək yaşayacaqlar.

O ki, qaldı Laçın şəhəri və  kəndləri ilə bağlı olan məsələlərə,  onu qeyd etmək istəyirəm ki,  artıq cox ciddi quruculuq prosesləri həyata keçirilməkdədir. Yəni biz Laçının işğaldan azad olduğu günlərini də görmüşük, indiki günlərini də görürük.  Laçın şəhəri bir dəfə 1992-c i ildə  ernınilər tərəfindən işğal edilərkən yandırılıb, dağıdılıb, ikinci dəfə də  2020-ci ilin avqust ayının 26-da ermənilər Laçının  mərkəzini tərk edərkən də yandırılıbdır. Yəni bu şəhər bir neçə dəfə erməni soyqırımına məruz qalıb. Tamamilə vandal hərəkəti həyata keçirilib. Könhə Laçından, bizim qoyub gəldiyimiz Laçından demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Abidələrimiz erməniləşdirilməyə cəhd edilib, bu ərazilərdə qeyri-qanini, heç vaxt tarixdə olmayan  kilsələr tikilibdir,  və Azərbaycanın aid  olan alban tarixinin özündə  cəmləşdirən abidələrimizə  ermənilər tərəfindən dəyişdirlmə cəhdləri həyata keçirilibdi. Ona görə də bərpa-quruculuq işləri bu ərazilərdə bir neçə istiqamətlərdə gedir. İstiqamətlərin birincisi əgər Laçın şəhər mərkəzinin  bərpa etmək, qurmaq-yaratmaqla bağlıdırsa, digər bir məsələ, bu xüsusi qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva  tərəfindən Laçın rayonunda tarixi abidələrin  bərpa edilməsi ilə bağlı irəliyə atılmış addımlardır. Çünki bu addımlar insanların burada qədim türklərin, azərbaycanlıların yaşamasıyla bağlı tarixi özündə əks etdirir.  Və bu tarixi abidələrin  bərpa edilməsi də  həm də Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilərdə  həyata keçirtdiyi tədbirlər kimi qiymətləndirilməlidir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər