Bu fikirlər Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) sədri, səfir Alev Kılıça məxsusdur.
Otuz illik işğalın və bu bölgələrdə törədilən vandalizmin artıq arxada qaldığını, 44 günlük Vətən savaşında qazanılan Zəfərin tarixi hadisə olduğunu xatırlardan səfir Alev Kılıç deyib ki, Azərbaycan böyük uzaqgörənliklə irəliyə baxır. Məhz bu siyasət nəticəsində işğaldan azad olunan ərazilərin hər yerində böyük quruculuq, abadlıq işləri aparılır. Şuşanın ziyarətinə gedərkən bütün bu işlərin şahidi olduq və məmnunluqla qarşıladıq. Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı qətiyyətlə təmin edəcək. (AZƏRTAC)