22.11.2024, 18:30
AZ EN
10.01.2024, 21:36 241

Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq

XƏBƏRLƏR
  • İnfrastruktur layihələri (Qarabağ və və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.

Bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. (Report)

Oxşar xəbərlər