Bu fikirləri Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib. O bildirib ki, Azərbaycan azad edilmiş torpaqlarda çox sürətlə bərpa işləri həyata keçirir: “Burada bərpa işləri sürətlə davam edir. Pakistan Azərbaycanın hər zaman haqlı mövqeyini dəstəkləyib və Ermənistanı dövlət kimi tanımayıb. Mən ümid edirəm ki, ölkənizin yenidənqurma işləri tezliklə yekunlaşacaq və regionda sülh tezliklə bərqərar olacaq”. (AZƏRTAC)