18.10.2024, 11:51
AZ EN
18.11.2022, 15:14 446

Ermənilər yenə də faciə ilə üzləşəcəklər

XƏBƏRLƏR
  • Rusiya sülhməramlı kontingentinin ermənilərin Qarabağdakı qanunsuzluqlarına  göz yummasını, Xankəndindəki təxribatçı mitinqə, mülki geyimdə erməni hərbçilərinin cəlb edilməsini, Laçın yolundan erməni terrorçularının silah-sursatların, minaların daşınmasına şərait yaradıldığını gördükdə bölgədə sülhün, yoxsa təxribatın dəstəklədiyini demək təbii ki, çətindi.

Rusiyanın bu kontingentinə hansı qanunla sülhməramlı demək olar?

Rus sülhməramlılarına münasibət, Azərbaycanda heç bir vaxt birmənalı olmayıb. Bunun səbəbləri isə hər kəsə məlumdur. Azərbaycan Prezidenti də dəfələrlə onların fəaliyyyəti ilə bağlı neqativ məqamlara diqqət çəkib. Amma bütün bunlara baxmayaraq, Rusiya və Ermənistan sülhməramlıların mantatının uzadılmasını istəyir. Lakin Azərbaycan Prezidenti məsələyə son nöqtəni qoydu. Dövlət başçısının Laçın yolu ilə bağlı dedikləri açıq mesaj idi.

Artıq bu sirr deyil ki, Azərbaycanın etnik ermənilər üçün  açdığı Laçın dəhlizi çoxdan  Ermənistan və Rusiyanın qara qüvvələrinin yuvasına çevrilib.  Azərbaycan Laçın yolu ilə sülhməramlı humanitar yardım adı altında silahların daşınmasından xəbərdardır.

Millət vəkili Rasim Musabəyov məsələyə münasibət bildirərkən deyib ki, problem rus sülhməramlılarındadır. Axı, onlar Azərbaycan ərazisində yerləşirlər və Azərbaycan dövləti qarşısında  müəyyən məsuliyyət daşıyırlar, öhdəlikləri var. O öhdəlikləri həmin sülhməramlılar pozduğu halda, təbii ki,  Azərbaycan onların orda qalmağı ilə bağlı  həm narahatlığını, həm narazılığını bildirməlidir və nəzərə alınmadığı halda, düşünürəm ki, əlavə tədbirlərə əl atmaq məcburiyyətində olacağıq.

Nəyə görə onların bütün daşınmaları, ratasiya hamısı Ermənistandan keçməlidir? Buyursunlar, təyyarə ilə Gəncəyə gəlsinlər, ümumiyyətlə, qatarla gəlsinlər və sonra da maşınla qısa yolla Qarabağa, öz qərargahlarına, hara lazımdır, həm insanların ratasiyası,  həm təchizat-təminatları onların hamısı burdan getməlidir, Azərbaycan görməlidir, nə daşınır ora, kimlər gəlir-gedir.

Hələ də Laçın dəhlizindəki silah qaçaqmalçılığına görə Rusiyadan cavab və ya üzr gəlməyib. Rusiya susmağa üstünlük verir. Belə olduqda, Azərbaycan da hər an Laçın dəhlizi ilə bağlı düyməyə basa bilər. Rus sülhməramlıları kontingentinə gələn təchizatın və təminatın Ermənistandan yox, Azərbaycandan keçməsi ilk və haqlı tələbdir. Laçın Azərbaycan torpağıdır və Azərbaycan öz ərazisində keçid postu  qura və nəzarəti də özü həyata keçirə bilər.

Sərhəd boyu bizim hərbçilərimiz demək olar ki, bütün yüksəklikləri ələ alıb.  Heç Ermənistandan ora köməklik də gətirə bilməyəcəklər. Bədəbəddə Laçın dəhlizi bağlanar və onlara deyilər ki, “buyurun, Ağdamdan Bərdəyə kimi, ordan da qatara minib qayıdın öz vətəninizə. Çox sağ olun, işiniz bitdi”. Amma təbii ki, bu da Rusiya ilə münasibətlərin xeyli gərginləşməsinə gətirib çıxara bilər. Ona görə də hər bir halda onlarla hələlik dialoq aparmaq, məsələləri nizamlamaq üçün imkanlar mövcuddur.

Qeyd edək ki, Prezident İlham Əliyev də Şuşadan Laçında baş verənlərə işarə edərək Ermənistana Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini xatırlatdı: “Biz iki il ərzində Laçın yolu ilə Qarabağa gedən Ermənistandan və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında  yol bağlantısı olsun. İki il keçib üstündən. Nə texniki- iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var. Nə dəmir yolu, nə avtomobil yolu. Nə vaxta qədər biz gözləməliyik?”

Qarabağda, əslində məramları sülhü təmin etmək olduğu halda  əksini gördüyümüz rus hərbçiləri nə etmək istəyir? Aydındır ki, daşınan silahlar bir gün bizə, Azərbaycan xalqına tuşlanmaq üçün daşınır. Azərbaycan isə buna əsla imkan verəməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan isə təkid edir ki, Qarabağdakı  ermənilərin təhlükəsizliyinin təmin  edilməsi üçün Rusiya sülhməramlıları orada uzun müddət qalmalıdır. Əgər Rusiya öz sülhməramlılarını geri çəksə, bölgədə BMT mandatı altında beynəlxalq sülhməramlılar yerləşdirilməlidir.

Belə çıxır ki, Paşinyan imza atdığı bəyanatın bəndlərini ya tam bilmir, ya da özünü gicbəsərliyə qoyub. Paşinyana Azərbaycan prezidentinin torpaqlarımızda gözü olanlara Şuşadan son xəbərdarlığını xatırlatmaq da yerinə düşər: “Rus sülhməramlılar müvəqqəti yerləşiblər. 10 noyabr 2020-ci ilin bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər. 10 noyabr 2020-ci il ilin bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri  biz yerinə yetiririk, iki il, yerinə yetiririk. Amma Ermənistan yerinə yetirir? Yox”.

Qeyd edək ki, Azərbaycanın Qarabağdakı etnik ermənilərə normal münasibəti də elə bu ədalətdən və mərhəmətdən doğur. Lakin Ermənistan bu niyyətimizdən də sui-istifadə etməsin, unutmasınlar ki, onların ayağı istənilən anda Qarabağdan kəsilə bilər. Buna görə isə baş verə biləcək bütün sərt cavablara görə  Ermənistanla yanaşı, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər