22.02.2026, 06:44
AZ EN
21.02.2026, 23:50 107

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

XƏBƏRLƏR
  • Xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığında, həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. (AZERTAC)

Oxşar xəbərlər