21.11.2024, 21:02
AZ EN
11.06.2023, 13:36 274

İşğaldan azad olunan ərazilərə ilk olaraq bu şəxslərin qayıdışı təmin ediləcək

XƏBƏRLƏR
  • Keçmiş məcburi köçkünlərin məs­kunlaşdırılması prosesində Qarabağ iqti­sadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istis­na olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşlə­ri üzrə Dövlət Komitəsinin və müvafiq icra hakimiyyəti orqanı nümayəndələrindən ibarət işçi qrup tərəfindən bu prosesdən xeyli əvvəl doğma yurd-yuvalarından di­dərgin düşənlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının reallaşmasına hazırlıq tədbirləri görülür.

Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

"Bu zaman, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir. Məsələn, Böyük Qayı­dış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürül­məsi bunun bariz ifadəsidir", - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər