12.02.2026, 07:13
AZ EN
11.02.2026, 20:10 104

Azərbaycan və Litva bu il Birgə Hökumətlərarası Komissiyanın iclasını keçirəcək

XƏBƏRLƏR
  • Azərbaycan-Litva Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası bu il keçiriləcək.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Litvanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbirdə bildirib.

O xatırladıb ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Azərbaycan və Litva arasında uğurlu yüksək səviyyəli görüşlər və səfərlər baş tutub.

"Siyasi dialoqun davam etdirilməsinə, həmçinin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraq fonunda bu il qarşılıqlı səfərlər və Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır", - F.Rzayev qeyd edib.

O, əminliyini bildirib ki, birgə səylər nəticəsində Bakı ilə Vilnüs arasındakı münasibətlər qarşıdakı illərdə hər iki ölkənin və xalqın rifahı naminə daha da möhkəmlənəcək.

Xatırladaq ki, Hökumətlərarası Komissiyanın 7-ci iclası 2023-cü il mayın 8-də Vilnüsdə keçirilib.(Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR