Bu barədə ANAMA məlumat yayıb.
Tərəflərin görüşü zamanı Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətin gedişatı barədə qonağa geniş təqdimat edilib.
Həmçinin humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Report)