03.02.2026, 19:23
AZ EN
03.02.2026, 17:29 32

Sərkisyan Paşinyanı devirməyi hədəfləyir

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın əsas hədəfi hazırkı Baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirməkdir.

"Vətən səsi" xəbər verir ki, bunu 2008-2018-ci illərdə Ermənistanın prezidenti olmuş Sərkisyan özü etiraf edib: "Qarşıdan gələn parlament seçkiləri ilə bağlı hələlik qərar qəbul etməyib. Qərarımız yoxdur, əgər qəbul etsək, deyəcəyik".

Bununla belə, sabiq prezident bildirib ki, Ermənistan müxalifətinin seçkilərlə əlaqədar birləşmə perspektivi çətin məsələdir: "“Mənim də istəyim var, amma hadisələr göstərir ki, müxalifətin birləşməsi çox çətin məsələdir və məsələ təkcə siyahı ilə bağlı deyil”.

Sərkisyan bir daha vurğulayıb ki, onun hədəfi ancaq Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır: “Bu, bizim prinsipimizdir. Biz belə davranırıq və bundan sonra da bu cür davranmağa davam edəcəyik”.

Elxan SALAHOV

Oxşar xəbərlər