05.03.2026, 14:31
AZ EN
29.01.2026, 14:16 233

Rusiya Ermənistana silahları ikiqat ucuz satırmış...

XƏBƏRLƏR
  • Ermənistanın ikinci prezidenti Robert Köçəryan 44 günlük müharibə zamanı Azərbaycana qarşı döyüş əməliyyatlarında istifadə edilən silahlardan danışıb. O, qeyd edib ki, həmin silahların böyük əksəriyyəti məhz onun hakimiyyəti illərində Rusiyadan alınıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, keçmiş prezident hazırkı Baş nazir Nikol Paşinyanın iki gün əvvəlki açıqlamalarında 44 günlük müharibə zamanı Ermənistanın silah arsenalının ehtiyacları ödəmədiyi, bəzi silahların isə ümumiyyətlə yarasız olması barədə dediklərinə cavab verib. Köçəryan deyib ki, Paşinyan Ermənistan ordusunun silah-sursat təchizatı barədə dedikləri həqiqəti əks etdirmir: "Hakimiyyətdə olduğumuz dövrdə kifayət qədər silah alınıb, dövlət büdcəsindən bu sahəyə böyük məbləğlərdə pul xərclənib. Xüsusilə Rusiyadan real dəyərindən ikiqat ucuz qiymətə silahlar almışıq. Bizim başqa ölkələrdən də silah almaqda heç vaxt problemimiz olmayıb".

Nikol Paşinyanın Rusiyanın himayəsi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlüyünün digər mənbələrdən silah alınmasına maneələr olduğu barədə açıqlamasın rədd edən keçmiş deyib ki, onun hakimiyyəti heç vaxt belə problemlə üzləşməyib: "Əksinə bizim imkanlarımız geniş idi. Sadəcə olaraq, Rusiya ilə qiymət baxımından elə endirimlərimiz var idi ki, gedib eyni silahı ikiqat ucuz alırdıq. Baha olan başqa yerdən almaq axmaqlıq olardı. Bununla yanaşı, həmin silahın saxlanması ilə nə etmək, "sursat dəstini" necə gətirmək barədə suallar yaranırdı. Bütün məsələlərdə ciddi problemlər yaranırdı.

Robert Köçəryan bu mövzuda tez-tez danışan Baş nazirin açıqlamalarını müharibədəki məğlubiyyətin məsuliyyətini əvvəlki rəhbərliyini müzərinə qoymaq cəhdi kimi dəyərləndirib: "Gərək hər kəs öz məsuliyyətini dərk etsin və səhvləırinin başqalarının üzərinə yıxmasın. Ölkə başçısı isə həqiqəti deməkdən çəkinməməlidir. Belə bir termin var - "silah zooparkı". Bu, olduqca problemlidir, buna görə də bir çox ölkələrin böyük dövlətlərdən bir əsas tərəfdaşı var və ordunu həmin ölkənin silahları ilə doldururlar. Bizim üçün bu ölkə Rusiya olub. Çünki qiymətlər o zamankı Ermənistanın iqtisadi və maliiyə imkanlarına görə çox ucuz idi. Hətta güzəştli şərtlərlə silahlar alımışdıq".

Elxan SALAHOV

Oxşar xəbərlər