22.11.2024, 08:25
AZ EN
05.04.2022, 10:40 548

Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planı təqdim olunur

XƏBƏRLƏR

Aprelin 5-də Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planı təqdim olunmasına həsr edilmiş tədbir keçirilir.

Tədbirin açılış sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və fəaliyyət proqramını təqdim edən Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edirlər.

Tədbirdə qeyd edilib ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən 2022-ci il fevralın 16-da qəbul edilib. O, insan hüquqları qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir. Fəaliyyət Planı ölkənin Avropa Şurasına üzvü dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır; qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialın artırılmasına qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.

Fəaliyyət planı Avropa Şurasının qanuni orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır. Bu fəaliyyət planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR