02.03.2026, 11:57
AZ EN
28.01.2026, 09:58 207

Paşinyan: "Azərbaycanla sülh qurulub və ondan etibarlı təhlükəsizlik zəmanəti yoxdur"

XƏBƏRLƏR
  • Ermənistan ordusunu inkişaf etdirməyə davam edəcək, çünki ordu dövlətin ən vacib institutlarından biridir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkələrdə bildirib.

"Ordumuz çətin bir formalaşma dövrü keçib, çətinliklərlə və çağırışlarla üzləşib. Lakin bu gün əminliklə deyə bilərik ki, müdafiə qabiliyyəti gündən-günə artan bir orduya sahibik. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyət və parametrlərdə böyük miqdarda müasir silah və hərbi texnika alınıb", - o qeyd edib.

N.Paşinyan həmçinin sərhədlər boyunca genişmiqyaslı istehkam işlərinin aparıldığını bildirib. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan ordusunun öz beynəlxalq tanınmış ərazisini qorumaqdan başqa heç bir vəzifəsi yoxdur: "Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistan və Azərbaycan arasında sülh qurulub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur". (Report)

Oxşar xəbərlər